Bilgəh kəndi bağlarında Albəndi hamamı (XX əsr) 3 cü üsluba aid tarixi abidə.
Albəndi hamamını, onun arxitektur planlaşma və həcmli-məkan strukturunu Nardarandakı hamamla (1388-ci il) müqayisə etsək, onun ilkin mənbə ilə bilavasitə analogiyasını, kompozisiya-planlaşma parametrlerinə görə nə dərəcədə eyni olduqlarını asanlıqla qeyd etmək olar.
Hamam XIX əsrdə tikilmişdir və öz zamanında məhəllə hamamı kimi xidmət edərək Abşeron hamamlarının ənənəvi üsullarının klassik sxemi üzrə ucaldılmışdır. Planlaşma strukturunda texnoloji sistemə uyğundur, əsas və kömikçi otaqların ardıcıl yerləşməsini eks etdirir. Sanitar qovşağı olan dar dəhliz-vestibül ziyarətçini qapı proyomları ilə bölünən oturma və soyunma üçün nəzərdə tutulan podiumla əhatə olunmuş soyunma zalının dördbucaqlı otağına aparır.
Fatmai bağlarında Məhəmməd Həsən hamamı (XIX əsr ) 2 ci üsluba aid tarixi abidə.
Fatmai kəndindənin bağlarında tikilmiş Məhəmməd Həsən hamamı ( XIX əsr). Bağların əhatəsində, bağ maqistralı yaxınlığında faktiki olaraq bağ yerinin ictimai mərkəzi sayılan hamam yerləşir. Plan münasibətində hamam ənənvi üslubun klassik üsullarından birini nümayiş etdirir. Abşeron hamamlarının təsnifatına görə o öz daxili həcmli-məkan xüsusiyyətləri ilə ikinci üslubuna aiddir.
Abidənin muzey olaraq istifadə olunması məsləhət görülür. Abidənin tarixi nəzərə alındlqda bünövrədə zaman ilə əmələ gələn problemlərin aradan götürülməsi vacibdir.
Mərdəkan kəndində yerləşən Şeyx Kazım hamamı (XVII əsr)
Şeyx Kazım hamamı - Mərdəkan kəndindəki XVII əsrə aid Seyid Kazım hamamı 2 günbəzdən ibarətdir, düzbucaqlı formaya malikdir. Hamamın qapısı üzərindəki ərəb əlifbasında olan yazılan yazı çox çətinliklə oxunur. Bu tikili demək olar ki, dağılmış, həm də bərbad vəziyyətdədir.
Mərdəkan kəndində yerləşən Xanbaba Hamamı ( XIX əsr )
El arasında Xanbaba hamamı adlanan bu abidənin Şirvanşahlar dövründə tikildiyi, Tuba Şahi məscidi ilə yaşıd olduğu ehtimal edilir. XIX əsrdə hamam təmir edilərək qapıları sökülmüş, qapı yerləri hündürə qaldırılmışdır. Burada əvvəllər çimmək üçün isti su gildən düzəldilən saxsı borularla gələrmiş. XIX əsrdə onlar sökülərək dəmir borular ilə əvəz olunub. Hamam 2 kümbəzlidir. Abidənin sadəcə ön fasadı gözə carpılır.
Использование материалов сайта разрешается только с указанием прямой активной ссылки на сайт.