Hüseynova Aysel Ramiz qızı
AMEA-nın aspirantı
Möhtəşəm tarixə malik olan Azərbaycanın ən qədim məkanlarından biri də Naxçıvandır. Bunu Naxçıvanda arxeoloji qazıntılar zamanı tapılan əşyalar, günümüzə qədər gəlib çıxan tarixi memarlıq abidələri, tikililəri sübut edir. Tarix sadə görünsədə, çox mürəkkəb anlayışdır. Naxçıvan tarixinin mürəkkəbliyi isə onun qədimiliyindədir.
Naxçıvan memarlıq məktəbinin ilkin nümunələrindən olan, Mömünə Xatun türbəsindən 25 il əvvəl yəni 1162-ci ildə inşa edilən, əsil adı Yusif Küseyir oğlu türbəsi olan, el arasında isə Ata –baba türbəsi və ya Ata-baba günbəzi adlandırılan bu abidə,Azərbaycanın qülləvari türbələri içərisində üst piramidal örtüyü 800 ildən artıq bir müddətdə salamat qalan yeganə abidə sayılır.
Məqaləni tam oxumaq
Использование материалов сайта разрешается только с указанием прямой активной ссылки на сайт.