Hüseynova Aysel
AMEA-nın doktorantı
Hər bir xalqın qədimliyini sübut edən, onun mədəniyyəti və tarixi abidələridir. Azərbaycanın qədim keçmişinə yol salan körpülər tarixi mədəniyyətimizin mühüm bir hissəsini təşkil edir. Tarixən Azərbaycanın mühüm ticarət mərkəzlərindən olan Dərbənd, Şamaxı, Gəncə, Bərdə, Ərdəbil, Qəbələ, Naxçıvan, Təbriz və s. kimi şəhərlərin karvan yolları üstündə bir çox körpülər salınmışdı.
Azərbaycandakı körpülər forma, quruluş və tikintisinə görə bir-birindən kəskin şəkildə fərqlənir. Qədim körpülərdən günümüzə qədər gəlib çıxan nümunələr bunu təsdiq edir.
Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası da, qədim tarixə, mədəniyyətə malik olan bölgələrimizdən biridir.
Azərbaycan ərazisi tarixin müxtəlif dövrlərini əhatə edən memarlıq abidələri ilə zəngindir. Orta əsrlərin bizə bəxş etdiyi ən monumental abidələrindən sayılan körpülərin yüksək keyfiyyət və bacarıqla tikilməsi nəzəri cəlb edir.
Ordubad rayonunda Aza, Biləv, Bist I, Bist II, Yuxarı Əyis körpüsü I, II, III, IV, Ələhi körpülərini misal göstərmək olar.
Использование материалов сайта разрешается только с указанием прямой активной ссылки на сайт.