architecture.az » Fəlsəfi Memarlıq: Məkanın Mənası və İnsanın Məsuliyyəti

Fəlsəfi Memarlıq: Məkanın Mənası və İnsanın Məsuliyyəti

Sadə mühəndiz ailəsində anadan olmuşam. Uşaq yaşlarımda yadıma gəlir bağçaya gedəndə hər gün özümlə bir albom aparırdım. Səhər atam məni bağçaya tez apardığından bağçanın həyətində oturub albomumda şəkillərşəkirdim,gonaq da gedəndə albomumu özümlə aparırdım. Hamı söhbət edəndə mən bir kənarda Albomumda şəkillərçəkirdim.

Şəkil çəkmək həyatımın bir hissəsi idi. .Orta məktəbi bitirdikdən sonra səkkizillik atestamımla sənədlərimi Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinə verdim, qabiliyyət üzrə bütün imtahanlardan yüksək qiymətlər almışdım.

Dövlət Rəssamlıd məktəbində rəssamlıq sənətinin ən xırda sirlərini öyrənməyə çalışdım. Və 10 illik atestatımıla sənədlırimi Azərbaycan İnşaat Mühədisləri İnstitunun (İndiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) axşam şöbəsinə vermək qərarına gəldim. Qabiliyyət imtahanlarını yüksək qiymətlərlə verdim və qəbul oldum. Hər iki təhsil müəssisəsində eyni vaxtda oxudum. Rəssamlıq məktəbini bitirdikdən sonra sürealizm stilində akvarel ilə yaşadığımız dünyanın insanlar tərəfindən məjv edəcəyi taploları çəkirdim.

Memarlıq Universitetinin 3-cü kursunda oxuduğum vaxt ABŞ-da tələbə memarların müsabiqəsi keçirilməli idi.Müsabiqədə iştirak etmək mənə tapşırıldı. Mövzunun adı "Sülh stansiyası" idi .Mən o vaxt bir fikir düşündürürdü: Nəyə görə BMT ABŞ ərazisindədi? "Sülhsevər" ölkənin ərazisində yaşayan vətəndaş kimi, işləyəcəyim layihənin kosmosda olması fikrinə gəldim, yəni neytral zonada. Bu layihə BMT binasının kosmosda olmasını və süni peyk kimi Yer kürəsinin ətrafında fırlanmasını ifadə edirdi. Həyat rəmzi olan qarğıdalını xatırladan bina və onun yerləşdiyi ərazidə müxtəlif ölkələrin nümayəndələrinin Yer kürəsinə gedib-gəlməsi üçün aeroporta bənzər meydança layihələndirmişdim. Bu meydnaçaya kosmik təyyarəyə bənzər raket-çelnoklar uçurdular, və bundan başqa kosmosda Yer kürrəsində təhlükəli olacaq labaratoriyalarda olacaqdı.SSRİ məkanı olduğu üçün işim Moskvadan göndərilməli idi. Moskvada senzura və gömrükdə əvvəlcə işimi kosmik gəminin çertyojları biliblər. Yalnız xəbər tutanda ki, iş müsabiqəyə göndərilir yararsız hala salınmış layihəmi ABŞ-na müsabiqəyə göndərmişdilər.

Memarlıq Universitetini bitirdikdən sonra, yaşayış evlərinin layihələrini işləyirdim. Mənim üçün o vaxtlar da, bu gün də ən önəmli olan binanın fəlsəfəsidi, erqonomikası və ən sonda ən asandı gözəllikdir. Funksionalizma gəldikdə isə, o çox əhəmiyyətlidir. Bu o demək deyil ki, evdə yaşayan insan üçün çox balaca ev nəzərdə tuturam. Əksinə, mən nəinki insanı, hətta çöldə bizimlə bir yerdə mövcud olan ən kiçik varlıqları, mikroskopik canlıları belə qorumaq istəyirəm. Allah ən kiçik həşəratları belə bizim varlığımız üçün yaratmışdır. Onları qorumalı və mümkün qədər onların evlərinə toxunmamalıyıq. Əgər insan öz xoşbəxtliyini başqasının bədbəxtliyi hesabına qurursa, yaxın gələcəkdə bunun acısını çəkəcək.

Albert Enşteyn demişdi arılar məhv olandan sonra bütün canlı aləm məhv olmağa başlayacaq вэ insan cəmi 4 il yaşayacaq.

Həyatda tikilməsini arzulayan insan olmasada, ancaq 100 faiz tikilməsi mümkün olan layihələrimi beynəlxalq müsabiqələrə göndərib, xüsusi mükafatlar almışam. Ekologiyanı qorumaq üçün şəxsi həyət evini insan əli dəyməyən ərazidə, yerdən 6 metr hündürlükdə, və binanın üst hissəsində, üzgüçülük hovuz və dekorativ ağaclar, çəmənlik və güllər, istirahət yerləri nəzərdə tutmuşam. Başqa bir beynəlxalq müsabiqəyə hündürmərtəbəli kənd layihəsi ilə qoşulmuşam. Nəzərdə tutduğum hündürmərtəbəli kənd yerin səthindən 10 metr yüksəklikdədir, 18 metr uzunluğunda balkonları bostanı əvəz edir, torpaq üzərində isə ancaq tarlalar var. Bu layihəni yaratmağa məni XX əsrin əvvəllərində yaşamış suprimatizmin banilırindən biri LazarXidekilin aero city işi ruhlandırmışdı. Başqa bir layihəm Hündür mərtəbəli bostan layihəsidi buna da qızıl medal almışam. Bu layihə mərtəbə anlayışı olmayan bir binadı, hansında kı şəhərin işində bostan məhsulları yetişdirilir. Bu layihələrimin məqsədi canlı və cansız həyatı qorumaqdı.

Biz Allahın yaratdığından gözəl heçnə yarada bilmərik!


15-04-2026, 17:27 1 018

Sayt materiallarından istifadəyə yalnız sayta birbaşa aktiv keçid göstərilməklə icazə verilir.



Обратный звонок

Заказать звонок

Оставьте свои данные в форме ниже и мы перезвоним вам за 30 секунд.

Профиль

Авторизация!

Разбираем типичные вопросы и даем рекомендации.