Bir neçə gün öncə Milli Holcim Mükafatı Müsabiqəsinin qalibləri elan olundu. Müsabiqədə İlqar Əliyevin "Çoxmərtəbəli bostan” layihəsi qızıl mükafata layiq görüldü.
Layihənin müəllifi İlqar Əliyev "Marja”ya bildirdi ki, "Çoxmərtəbəli Bostan” binası şəhər mərkəzində yalnız tərəvəz becərmək üçün nəzərdə tutulub:
"Dünyada torpaqlar insanlar tərəfindən sürətlə zəbt olunur. Gələcəkdə insanlar yuxarıya doğru getməyə başlayacaqlar. Əkin yerləri azaldığından şəhərlərin içərisində tərəvəz və bostan bitkilərinin əkilməsi üçün belə binalar tikiləcəkdir.
Torpaq baha olduğuna görə, bina vertikal olaraq göylərə qalxır. Binanın formasının Arı pətəyinə bənzərliyi dekor deyil, bu binanın bütün konstruksiyası Arı pətəyi formasında qurulub və qeyri ənənəvi memarlıq formasıdır. Aşağı mərtəbə yetişdirilən tərəvəzlərin satış salonu və şikətin ofisi, üst mərtəbələr ancaq tərəvəz yetişdirmək üçün nəzərdə tutulub. Bu bina həm də tərəvəz muzeyi kimi istifadə oluna bilər. Dünyanın başqa ölkələrində də bitən bitkiləri bu binada eksperimental becərmək olar”.
Layihəni izah edən İlqar Əliyev bildirdi ki, bütün konstruksiyasının Arı pətəyi formasında olması həyat rəmzi kimi nəzərdə tutulub:
"Binada korpusların altı bucaq olması xüsusi məqsəd daşıyır, altıbucağın aşağı üçbucağı hissəsi əkin üçün nəzərdə tutulub və əkin suyunun artıq qalan hissəsi üçbucağın dibinə yığılır su anbarına axır və ondan yenidən sulanmada istifadə olunur. Bu halda dövrə qapanır, suyun kənara axması sıfra bərabər olur. Hər mərtəbənin tavanının üçbucaq olması günəş işığından maksimum istifadə etməyə kömək edir, günəş şüalarını bucaq altında tərəvəzlərin üzərinə əks etdirməklə elekrik enerjisinə qənaət olunacaq. Qış vaxtları su günəş kollektorları ilə qızdırılıb tərəvəz ləkləri ilıq su ilə sulanacaq”.
İlqar Əliyev əlavə etdi ki, binanın qeyri-ənənəvidir, belə ki mərtəbə anlayışı yoxdur. Binanın dəmir, beton və şüşədən tikilməsi nəzərdə tutulub. Binanın layihəsi 10-12 mərtəbəli sxemdə qrulub.
O, layihənin reallaşdırılması barədə bildirdi ki, bu gün layihə konsepsiya şəkilindədir. Əgər tələb olunarsa layihə tam işlənilib təhvil verilə bilər.
Использование материалов сайта разрешается только с указанием прямой активной ссылки на сайт.